Apple-ın əlverişli qiymətə təqdim etdiyi performans canavarı: M4 çipli MacBook Air
- Gelecek Bytes
- 7 Mar
- 2 dakikada okunur
Apple, yüksək performansa malik M4 çipli yeni MacBook Air-i təqdim etdi. Bu model daha yüksək performans, 18 saata qədər batareya ömrü və yeni 12 MP Center Stage kamerası ilə gəlir. Üstəlik, iki xarici ekrana eyni anda qoşulma imkanı, 16 GB başlanğıc vahid yaddaş və Apple Intelligence ilə təchiz olunmuş macOS Sequoia kimi yeniliklər təklif edir. Bütün bunlar incə, yüngül və uzunömürlü dizaynla birləşdirilərək MacBook Air-i daha da güclü edir.

Bu dəfə tamamilə yeni göy mavisi rəngi MacBook Air-in rəng seçiminə əlavə olunub. Metalik açıq mavi tonu ilə işıq altında dinamik görünüş yaradan bu rəng gecə yarısı, ulduz işığı və gümüşü ilə birlikdə təqdim edilir. Yeni MacBook Air daha əlçatan qiymətə sahibdir. Bu da onu tələbələr və peşəkar istifadəçilər üçün mükəmməl seçimə çevirir.
M4 çipli MacBook Air haqqında açıqlama
Apple-ın Qlobal Marketinq üzrə baş vitse-prezidenti Greg Joswiak bildirib:"MacBook Air dünyanın ən populyar noutbukudur və bu gün insanlara onu daha çox sevmək üçün bir çox səbəb təqdim edirik. M4 çipi ilə performansın böyük artımı, yeni Center Stage kamerası və gözəl göy mavisi rəngi bu yeniliklər arasındadır. İnanılmaz dərəcədə incə, yüngül və ventilyatorsuz dizaynı, bütün gün batareya ömrü və Apple Intelligence ilə təchiz olunmuş macOS Sequoia-nın imkanları ilə MacBook Air başqa heç bir noutbuka bənzəmir. Üstəlik, 999 dollarlıq yeni başlanğıc qiyməti ilə MacBook Air istifadəçilərə indiyə qədərki ən yüksək dəyəri təqdim edir. Bu da onu Mac istifadə təcrübəsinə başlamaq və ya təkmilləşdirmək üçün mükəmməl bir fürsətə çevirir.”

Apple MacBook Air-də yeni rəng palitrası
MacBook Air-in rəng seçimləri arasına yeni bir rəng elavə olunur- göy mavisi. Metalik açıq mavi tonda olan səthə işıq şüası düşdükdə dinamik bir gradient effekti yaranır. Bütün rəng variantlarına, o cümlədən göy mavisi rənginə də uyğun MagSafe enerji kabeli ilə birlikdə təqdim olunur.
Apple M4 çipi performansı yeni səviyyəyə qaldırır
18 saata qədər dözümlü batareya ömrü ilə İntel-dən keçən istifadəçilər üçün əlavə 6 saat işləmə imkanı yaradır.
Həmin bu M4 çipində yerləşdirilmiş güclü Neural Engine, süni intellekt əsaslı tapşırıqları M1-lə müqayisədə 3 dəfə daha tez yerinə yetirir. Bu da şəkillərin avtomatik təkmilləşdirilməsi və videolardan arxa fon səsinin silinməsi kimi proseslərdə əhəmiyyətli sürət artımı təmin edir.
10 nüvəli CPU, 10 nüvəli GPU və 32 GB-a qədər vahid yaddaş dəstəyi yeni MacBook Air-i M1 çipsetli modelindən 2 dəfə daha sürətli edir.
bMart ayının 5-indən etibarən ön sifarişlərin alınmasına başlanılıb. Ön sifariş üçün apple.com/store saytından M4 çipli MacBook Air-i ABŞ da daxil olmaqla 28 ölkə və regionda öncədən sifariş edə bilərlər. 12 mart tarixində sifarişlər çatdırılmağa başlanacaq və rəsmi Apple satıcılarında, Apple Store mağazalarında satışa çıxacağı gözlənilir.
Qiymətlər:
13 düymlük MacBook Air (M4) – 999 dollar (tələbələr üçün 899 dollar)
15 düymlük MacBook Air (M4) – 1,199 dollar (tələbələr üçün 1,099 dollar)
Comments