top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

İş axtaranlara tövsiyələr - CV-də texnoloji bacarıqlar necə göstərilməlidir?

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 2 May
  • 2 dakikada okunur

Bu günün rəqabətli əmək bazarında doğru texniki bacarıqlara sahib olmaq, arzuladığınız işi əldə etmək şansınızı əhəmiyyətli dərəcədə artıra bilər. İstər təcrübəli bir mütəxəssis, istərsə də yeni məzun olun, bu yazı sayəsində texniki biliklərinizi CV-də effektiv şəkildə necə vurğulamağı öyrənəcəksiniz.


CV-də texnoloji bacarıqlar necə göstərilməlidir?
İş axtaranlara tövsiyələr

Texnoloji bacarıqları ayrı bir bölmədə qeyd etmək lazımdır.

Texniki bacarıqlar, haqqında və ya ayrı bir bölmədə qeyd olunmamalıdır. Texniki bacarıqları CV - də daha effektiv və diqqətçəkən, həmçinin bu CV - i oxuyan şəxsində sizin texniki bacarıqlarını daha rahat tapması üçün, texnoloji bacarıqlar üçün ayrı bir bölmə açıb, yəni başlıq qeyd edib, onun altında maddə - maddə qeyd etmək lazımdır.


Bacarıqlarınızı məzmuna görə planlaşdırmaq (CV-də texnoloji bacarıqlar necə göstərilməlidir?)

Müraciət etdiyiniz işə görə, texnoloji bacarıqlarınızıda ona görə sıralayın. Əgər siz Kodlaşdırma ixtisasına müraciət edir, amma texnoloji bacarıqlarınıza Dizayn proqramını yazmağınız doğru olmayacaq.İlk Kodlaşdırma ilə bağlı bildiyiniz bütün bacarıqları qeyd edin, sonra isə əlavə texnoloji bacarıqlarınızı qeyd edin. Bunun səbəbi, qarşı tərəfin daha tez diqqətini çəkməkdir.


Öyrənmə səviyyənizi göstərin

Hər texnoloji bacarığınız üzrə, ona nə qədər hakim olduğunuzu qeyd edin. Bu HR - lar tərəfindən CV - nizə baxıldıqda diqqət çəkəcək. Bunu qeyd etməyiniz, Sizin bu bacarıqlar bir yerdən kopyalamağınız ehtimalını azaldır, Daha çox office proqramlarında rastlanır. Onun üçün mütləq proqramı bilmə səviyyəsini qeyd edin.


Layihələri və Sertifikları əlavə etmək

Yüksək ehtimalla siz iştirak etdiyiniz layihələri, startup - ları təcrübə hissəsinə əlavə edəcəksiniz. Amma əlavə olaraq, bunu yuxarıda qeyd etdiyimiz kimi, açdığımız texnoloji bacarıqlar hissəsində də qeyd etməyimiz yaxşı olar. Necə? Texnoloji bacarıqlar hissəsinə Adobe Photoshop proqramını yazdınız, bu proqram haqqında bir sertifikatınız və ya bu ixtisas üzrə hər hansı bir layihədə iştirak etmisinizsə o zaman, bacarığınız altından bunu qeyd edə bilərsiniz.CV - nizə baxan şəxs, sizin bu proqramları bildiyinizə daha çox əmin olacaq, və Təcrübəli olduğunuzu anlayacaq.


#CV-də texnoloji bacarıqlar necə göstərilməlidir?

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page