Renault 5 Turbo 3E: Retro Ruhunda Elektrikli Gələcək
- Gelecek Bytes
- 26 Mar
- 2 dakikada okunur
Fransız istehsalçısı Renault yeni nəsil elektrikli avtomobili Renault 5 Turbo 3E-ni tanıtdı.
Renault-un dizayn rəhbəri Lauren van den Acker bildirib ki, qarşıdan gələn 10 il ərzində retro dizayndan daha çox istifadə olunacağını və bu model məhdud (1950) sayda buraxılsada, bu cür retro yeniliklər üçün “fərqli imkanlar pəncərəsi” mövcud olacaqdır.

Renault 5 Turbo 3E-ni Texniki göstəricilər
Güc və Performans: İki elektrik mühərriki ilə təchiz olunub — hər biri arxa təkərlərdən birini hərəkət etdirir. Bu, avtomobilə əla drift qabiliyyəti və dəqiqlik verir.
Sürət: 0-dan 100 km/saata 3.5 saniyədə çatır, pistdəki maksimum sürəti 270 km/saat-dır.
Batareya: 70 kWh tutumuna malik batareya yerləşdirimişdir. Tamd dolu batareya ilə Renaulte 5 Turbo 3E 400 km-ə qədər məsafə qət edə bilir. Lakin tekdə maksimum gücündən istifadə edilərsə, enerji 15 dəqiqəyə tükənə bilər. Bu isə heçdə bir məhdudiyyət deyildir: Avtomobilin 350 kW sürətli doldurma dəstəyi sayəsində 15%-dən 80%-ə qədər enerjini 15 dəqiqəyə doldurmaq mümkündür.
Çəki: Karbon liflərindən hazırlanmış şassi avtomobilinin çəkisi 1450 kq-dır.
Dizayn və Estetika
Eksteryer: Geniş təkər qövsü, iri hava girişləri və böyük arxa spoiler ilə klassik Renault 5 Turbo dizaynı qorunub saxlanılıb.
İşıqlandırma: Neon işıqlar və LED zolaqlar avtomobilə futuristik görüntü verir.
Təkərlər: 19 düym ön, 20 düym arxa təkərlərlə drift üçün ideal tutuş təmin edilir.
Texnologiya və İnteryer
Rəqəmsal Nəzarət Paneli: Avtomobilin salonunda 10 fərqli ekran yerləşdirilib. Bunlar sürət, batareya vəziyyəti və drift rejimi kimi məlumatları göstərir.
Düymə və Rejimlər: “Drift”, “Track” və “Turbo” kimi müxtəlif rejimlər sürüş tərzini dəyişir.
Təhlükəsizlik: Gücləndirilmiş təhlükəsizlik karkası ilə təchiz edilib.
Xüsusi Əhəmiyyət və Brend Strateqiyası
Renault bu modeli elektrikli idman avtomobillərinin gələcəyinə dair mesaj vermək üçün təqdim edib.
“Renault 5” əfsanəsinə hörmət göstərərək, keçmiş və gələcəyin birləşməsini simvollaşdırır.
Eyni zamanda eSports və oyunçular üçün xüsusi virtual rejimlər təqdim edilə bilər.
Comments