top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

Tiktokda kəşfetə düşməyin sirləri. Tiktokda necə kəşfetə düşmək olar?

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 12 Nis
  • 2 dakikada okunur

Tiktokun kəşfet saatlarında videonuzu yükləyin

Əgər siz ilk dəfə tiktoka videoyu yükləyəcəksinizsə o zaman aşağıda verəcəyim vaxtlardan istifadə edə bilərsiniz. Qeyd edim ki, aşağıda verəcəyim saat aralıqlarında tiktok istifadəçiləri daha çok aktif olur.


Tiktokun kəşfet saatları

  • Bazar ertəsi — 06:00, 10:00 ve 22:00

  • Çərşənbə axşamı — 02:00, 04:00 ve 09:00

  • Çərşənbə — 07:00, 08:00 ve 23:00

  • Cümə axşamı — 09:00, 12:00 ve 19:00

  • Cümə — 05:00, 13:00 ve 15:00

  • Şənbə — 11:00, 19:00 ve 20:00

  • Bazar — 07:00, 08:00 ve 16:00



Tiktokda kəşfetə düşmək
Tiktokda kəşfetə düşmək

Siz artıq tiktok da video paylaşmısınızsa tiktok izləyicilərinizin nə zaman daha çox aktif olduğunu özünüz izləyə bilərsiniz. Bunun üçün :


Tiktokda izləyicinin aktif olduğu saatları öyrənmək üçün

  1. Tiktok proqramını açın;

  2. Tiktok studio daxil olun;

  3. Alətlər hissəsindən, analizlər bölməsinin sağında hamısını görüntüləyə üzərinə gəlib daxil olun;

  4. Açılan pəncərədən takipçilər hissəsinə gəlin;

  5. Ekranı ən aşağıya sürüşdürdükdə sənin Tiktok takipçilərinin ən çox aktiv olduğu saatları

  6. görəcəksəniz.


Tiktokda daha çox baxış sayı toplamaq üçün (Tiktokda necə kəşfetə düşmək olar)

viral olmuş musiqilərdən istifadə edin.

Bəzi musiqilər tiktok istifadəçiləri tərəfindən daha çox paylaşılır. Bu zaman bu tiktok musiqiləri trend (viral) olur. Tiktok videomuzu viral olmuş tiktok musiqisi ilə paylaşdığımız zaman kəşfetə düşmə ehtimalı daha çox artır. Tiktokda viral olmuş musiqiləri tapmaq üçün, tiktokun kəşfet (for you page) hissəsinə daxil olmaq lazımdır. Bu zaman videonun sol alt hissəsində istifadə edilən tiktok musiqisini görəcəksiniz. Tiktok kəşfet musiqilərini buradan seçə bilərsiniz.


Qısa və özünəməxsus tiktok videoları hazırlamaq

Reels videolarının daha çox izlənməsinin əsas səbəblərindən biri qısa olmasıdır. İstifadəçilər bir dəqiqə ərzində bir çox reels videosu izləyə bilirlər. Tiktok platformasınında reels videolarından ibarət olduğunu düşündükdə, daha çox istifadə edilən proqramlardan biri olduğunu anlamaq çətin deyil. Tiktok videonuz nə qədər qısa olarsa, kəşfetə düşmə ehtimalı bir o qədər artar.

#Tiktokda necə kəşfetə düşmək olar?


Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating
bottom of page