top of page
  • Instagram
  • LinkedIn
  • Facebook
  • YouTube

Performans və Büdcə Dostu: 500-1000 AZN Arası Ən Yaxşı Notebook Seçimləri.

  • Yazarın fotoğrafı: Gelecek Bytes
    Gelecek Bytes
  • 16 Mar
  • 2 dakikada okunur

Güncelleme tarihi: 12 Nis

Texnologiya inkişaf etdikcə, notebooklar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. İstər ofis işləri, istər təhsil, istərsə də gündəlik istifadə üçün doğru notebook seçimi etmək vacibdir. Ancaq bazarda bu qədər fərqli modelin olması seçim prosesini çətinləşdirir. Bəziləri daha ucuz və sadə funksiyalar təklif edərkən, digərləri yüksək performans və güclü xüsusiyyətlərlə öndədir.

Bəs hansı notebook sizin ehtiyaclarınıza daha uyğundur? Sizin üçün 500-1000 AZN arasında ən yaxşı variantları büdcəyə və performansa görə qruplaşdıraraq təqdim edirik.


Tələbələr üçün ucuz notebook seçimləri
Tələbələr üçün ucuz notebook seçimləri

Büdcəyə uyğun seçimlər (Sadə istifadə üçün) – 500-600 AZN

Bu kateqoriyaya əsasən internetdə gəzmək, film izləmək və yüngül ofis işləri üçün uyğun olan modellər daxildir. Əsas üstünlüyü ucuz qiymət olsa da, güclü performans gözləmək olmaz.


Lenovo IdeaPad 1 15IGL7 (504 AZN)

Brend: Lenovo

Prosessor (CPU): Intel Celeron N4020

Ekran göstəriciləri: 15.6" FHD(1920x1080) 

Videokart (GFX): Intel UHD Graphics 600

RAM: 8

SSD: 256

Əməliyyat sistemi: FreeDOS

Ekran növü: IPS

Prosessor zəifdir və ağır proqramlarla işləmək çətin olacaq.


Asus Vivobook Go 15 E1504GA-BQ527 (579 AZN)

Brend: Asus

Prosessor (CPU): Intel N100

Ekran göstəriciləri: 15.6″ FHD (1920x1080)

Videokart (GFX): Intel UHD Graphics

RAM: 8

SSD: 256

Əməliyyat sistemi: FreeDOS

Ekran növü: IPS

Əsasən tələbələr və yüngül ofis işləri üçün məsləhətlidir.


Orta səviyyəli seçimlər (Balanslı performans) – 600-930 AZN

Bu aralıqdakı modellər gündəlik istifadə, multitasking və orta səviyyəli işlər üçün idealdır. Ofis işi, eyni anda bir neçə proqram açmaq və rahat işləmək istəyənlər üçün uyğundur.


Acer Extensa EX215-55-31TC (649.99 AZN)

Brend:Acer

Prosessor (CPU): i3-1215U

Ekran göstəriciləri: 15.6" FHD (1920 x 1080)

Videokart (GFX): Intel UHD Graphics

RAM: 8

SSD: 240

Əməliyyat sistemi: FreeDOS

Ekran növü: IPS

Yaxşı seçimdir, amma SSD-nin artırılması tövsiyə olunur.


Lenovo IdeaPad 1 15ALC7 82R400NYRK (926.50 AZN)

Brend: Lenovo

Prosessor (CPU): AMD Ryzen 7

Ekran göstəriciləri: 1920 x 1080

Videokart (GFX): AMD Radeon Graphics

RAM: 16

SSD: 512

Əməliyyat sistemi: Free DOS

Ekran növü: IPS

AMD Radeon Graphics sayəsində qrafik tələbi olan işlərdə də daha yaxşı performans göstərə bilər.


Yüksək performans (Performans, Büdcə: Ən Yaxşı Notebook) – 950-1000 AZN

Bu qrupdakı modellər daha ağır işlər və sürətli performans istəyənlər üçün nəzərdə tutulub.


Asus Vivobook A1504VA-BQ727 (950 AZN)

Brend:Asus

Prosessor (CPU): i3-1315U

Ekran göstəriciləri: 1920x1080

Videokart (GFX): Intel® UHD Graphics

RAM:

SSD: 512 

Əməliyyat sistemi: Free DOS

Ekran növü: IPS

Sürətli SSD və kifayət qədər güclü prosessoru ilə iş və təhsil üçün yaxşı seçimdir.


Lenovo V15 G4 IRU (989 AZN)

Brend: Lenovo

Prosessor (CPU): i5-13420H

Ekran göstəriciləri: 1920 x 1080

Videokart (GFX): Intel UHD Graphics

RAM: 8

SSD: 512

Əməliyyat sistemi: FreeDOS

Ekran növü: IPS

Intel i5-13420H prosessoru ilə bu siyahıdakı ən güclü modeldir. Güclü prosessoru sayəsində daha çox proqramla işləmək və yüksək performans tələb edən tapşırıqları yerinə yetirmək mümkündür. 512GB SSD və 8GB RAM multitasking üçün kifayətdir.


Təhsil & Texnologiya
Təhsil & Texnologiya

Əlbəttə ki, hər kəsin ehtiyacları fərqli olduğuna görə, notebook seçərkən öz tələblərinizi nəzərə almalısınız. Əgər sizə sadəcə gündəlik internet istifadəsi və multimedia üçün cihaz lazımdırsa, Lenovo IdeaPad 1 (504 AZN) və Asus Vivobook Go 15 (579 AZN) sizə kifayət edəcəkdir. Daha balanslı bir cihaz istəyənlər Acer Extensa (662 AZN), Lenovo IdeaPad 1 (926.50 AZN) modellərini nəzərdən keçirə bilərsiniz. Əgər performans sizin üçün əsasdırsa və uzunmüddətli istifadə üçün güclü bir model istəyirsinizsə, Asus Vivobook (950 AZN) və Lenovo V15 G4 IRU (989 AZN) modelləri ən yaxşı seçim olacaqdır.

Yaxşı seçim etmək üçün tələblərinizi və büdcənizi düzgün qiymətləndirin.


Comentários

Avaliado com 0 de 5 estrelas.
Ainda sem avaliações

Adicione uma avaliação
bottom of page